Azinfo » Mədəniyyət və İdman » Idman » Futbol » FİFA dünya çempionatının açılışı matçını dəyişib

FİFA dünya çempionatının açılışı matçını dəyişib

Tarix : 02-04-2022   /   Mədəniyyət və İdman / Idman / Futbol  

Beynəlxalq Futbol Federasiyası (FİFA) bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təqvimində dəyişikliyi açıqlayıb.

Azinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Turnir Seneqal və Niderland millisinin oyunu ilə başlayacaq.

Matç noyabrın 21-i Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Bundan əvvəl isə ilk matç Qətərlə Ekvador arasında olmalı idi. Ənənəyə görə, dünya çempionatının açılış matçını ev sahibi ölkə açmalı idi.

Lakin Qətərin Ekvadorla oyunu Bakı vaxtı ilə saat 20:00-a keçirilib.

Şərhlər: 0

Şərh yaz