Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Bir şəhid, bir şahid - FOTO

Bir şəhid, bir şahid - FOTO

Tarix : 15-08-2022   /   Mədəniyyət və İdman / Mədəniyyət  


Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə rayonun Mədəniyyət Mərkəzinin səhnəsində Nurlan və İntiqam Əsgərli qardaşlarının xatirəsinə həsr olunmuş “Bir şəhid , bir şahid” tamaşası nümayiş olunmuşdur . Yazıçı-dramaturq  Nurəddin Ədiloğlunun  “Vətən pərvanələri” pyesinin motivləri əsasında hazırlanmış tamaşaya  Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən  Xalq teatrının rejissoru Camələddin Əliyev quruluş vermişdir. Tamaşada Xalq teatrının aktyorları ilə yanaşı  Masallı Dövlət Regional Kollecinin tələbələri və Cəlilabad rayon Mədəniyyət Mərkəzlərinin həvəskar aktyorları iştirak edirdilər.  Tamaşanın səhnə tərtibatı Elsevər Əliyevə, musiqi tərtibatı isə Ruslan Zahidova məxsusdur.

Tamaşanı izləyənlərin arasında Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov ,Milli Məclisin deputatları -  Anar İsgəndərov və Məşhur Məmmədov  da yer almışlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.




















Şərhlər: 0

Şərh yaz