Azinfo » Mədəniyyət və İdman » Mədəniyyət » Mədəniyyət siyasəti » Nazirlik: Qarabağdan oğurlanan mədəni nümunələrin siyahıya alınması başlayıb

Nazirlik: Qarabağdan oğurlanan mədəni nümunələrin siyahıya alınması başlayıb

Tarix : 19-12-2022   /   Mədəniyyət və İdman / Mədəniyyət / Mədəniyyət siyasəti  
Qarabağdakı mədəni nümunələrin qeyri-qanuni formada aparılması, yəni oğurlanması istiqamətində siyahıya alınma işləri başlayıb.

Bunu Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Konfransında çıxışı zamanı Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva deyib.

Şöbə müdiri qeyd edib ki, bu istiqamətdə Türkiyə ilə müştərək iş aparılır, əməkdaşlıq edilir: "Qarabağ ərazisində işğal zamanı Azərbaycana məxsus maddi-mədəniyyət nümunələrinin qeyri-qanuni daşınması və ölkə ərazisindən çıxarılmasının qarşısını almaq məqsədilə “ICOM Red List”inə salınması ilə əlaqədar Türkiyə Mədəniyyət və Turizm Nazirliyi birgə mübadilə aparılıb və birgə işin davam etdirilməsi planlaşdırılır".

Şərhlər: 0

Şərh yaz