Azinfo » Siyasət » Xalqa həsr olunmuş fədakar ömür

Xalqa həsr olunmuş fədakar ömür

Tarix : 05-05-2023   /   Siyasət  


Ulu Öndər Heydər Əliyevin bütün uğurlarının fövqündə duran məslək, millli ideya və qüdrətli məfkurə- azərbaycançılıq ideologiyası-milli –mənəvi dəyərlərin qorunması, təbliğ edilməsi baxımından mükəmməl bir ideologiya və dəyərli ideya kimi Azərbaycan reallığında bərqərar olmuş və Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqlarl deyil, eyni zamanda , burada yaşamayan və hansı ölkə vətəndaşı olmasından aslı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Ümummilli Lider Heydər Əliyev deyirdi : “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənlərini yaşatmalıdır”.

Sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyəelərindən aslı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşmasında mühüm işlər görmüş Ulu Öndər sonralar 1990 cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni yaranan azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz fəaliyyət göstərmişdir. Azərbaycançılıq ideologiyası yeni müstəqillik əldə etmiş respublikamızın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzolunmaz bir ideologiyaya çevrilmişdir.

“Azərbaycançılıq” termininin yaranmasında əsas ideologiya ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək olmuşdur. Ulu Öndər bu barədə demişdir: “Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə, biz Azərbaycanda yaşayan bütün millətlərin birliyini dərk edirik.”

Qeyd etmək lazımdır ki, hələ Ulu Öndərin respublikamıza rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə azərbaycan dilinin əhəmiyyəti artmış və ana dilinə diqqət və qayğı artmışdır. Həmin dövrdə Azərbaycanda qabaqcıl texnologiyaların, elmin qabaqcıl nailiyyətlərinin idtehsal sahələrinə tətbiqi, yüzlərlə gəncin Sovet İttifaqının nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, böyük alim ordusunun yetişdirilməsi, xalq təsərrüfatının bütün sahələrinin dinamik inkişafına, mədəniyyətimizin, təhsilin sürətli inkişafına nail olunmuşdu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasətin təməlində Azərbaycanın gələcəyi, milli dövlətçilik və azərbaycançılıq ideologiyası dayanırdı. Təkcə təhsil

sahəsində aparılmış dövlət siyasətinə diqqət yetirsək görərik ki, 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər azərbaucanlı gənc Sovet İttifaqının müxtəlif nüfuzlu ali məktəblərinə o cümlədən hərbi məktəblərində ali təhsil
alamaq üçün göndərilmişdir. Bu siyasətin nəticəsində ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə 15 mindən çox azərbaycanlı gənc SSRİ-ni müxtəlif nüfuzlu ali məktəblərində təhsil almışdır. Həyat keçirilmiş bu uzaqgörən siyasət sonralar ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana güclü kadr potensialına malik olmağa imkan vermişdir.

Sovet dövründə ilk dəfə olaraq ölkəmizin və xalqımızın mənafeyini qarşıya məqsəd qoyaraq bütün addımların məhz Azərbaycanın gələcək inkişafına yönəlmiş siyasətə start verilmişdir. Belə ki, bu dövrdən başlayaraq respublikamızda görünməmiş inkişaf və yüksəliş eləcə də tikinti-quruculuq işləri başlamışdır. Bu siyasət nəticəsində Respublikamızda bütün sahələrdə, iqtisadiyyat, sənaye, kənd təsərrüfatında, mədəniyyət və təhsil dahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilib istifadəyə verilmişdir. İldən-ilə yeni yaşayış massivləri, qəsəbə və kəndlər salınmış, məktəblər, uşaq baxçaları, universitetlər açılaraq xalqın istifadəsinə verilmişdir.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra azərbaucançılıq ideologiyasının davam etdirilməsində əsas məqsəd ölkədə yaşayan etnik qrup və xalqları müstəqilliyin ilk illərində ölkədə baş verən ifrat millətçilik və separatçılıq mühitində dövlətçiliyi qoruyub saxlamaq və düzgün istiqamətdə inkişafını təmin etməkdən ibarət idi. Təzəcə müstəqilliyini qazanmış Azərbaycan Respublikası qonşu Ermənistanın hərbi təcavüzü, dərin siyasi, iqtisadi və soaial böhranla üzləşmilşdi. Ölkəmizin düşdüyü belə bir ağır vəziyyətdə Azərbaycan xalqı xilaskar kimi Heydər Əliyevi gördü və onu ölkəyə rəhbərlik etməyə təkidlə dəvət etdi.

1993-cü ildə respublikamızda tuğyan edən ictimai-siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycan dünya birliyinə inteqrasiyaya başladı.

Müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı. Ötən illər ərzində Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurədinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən başlayaraq Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğalı ilə heç vaxt barışmadıq. Ulu Öndər xalqımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi, 2020-ci ilin 27 sentyabırında başlayan və 44 gün davam edən Vətən müharibəsində biz Azərbaycan xalqının vahid bir gücə çevrildiyinin və böyük əzmlə vətəndaşlıq borcunu yerinə yetirərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək “Dəmir Yumruğa” çevrildiyinə şahid olduq və Qəhrəman Azərbaycan ordusu düşmən üzərində Tarixi Zəfər qazanaraq işğal altında olan torpaqlarımzı azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Məhz azərbaycançılıq ideologiyası 30 ildən artıq davam edən münaqişənin bitməsinə və Azərbaycanın Ermənistan üzərində tarixi Zəfər qazanmasına şərait yaratdı.




Subəddin Ağayev
YAP Masallı rayon təşkilatının fəalı

Şərhlər: 0

Şərh yaz