Azinfo » Siyasət » Müstəqil Azərbaycanın ilk Konstitusiyası.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası.

Tarix : 11-11-2022   /   Siyasət  

"Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir".

Müstəqil Azərbaycanın yeni milli Konstitusiyasının hazırlanması məhz Ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün oldu: "Xüsusilə vurğulamaq ki, 1995-ci il qəbul olunan konstitusiya keçmiş sovet konstitusiyalarından əsaslı şəkildə fərqlənirdi. Burada insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan olundu.

Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirildi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə əsas öhdəlik kimi qoyuldu.

Şəxsiyyət toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir".

Konstitusiyanın qəbulundan sonra aparılan islahatlar Azərbaycanda dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı: "Beynəlxalq təcrübə və tövsiyələr nəzərə alınmaqla məhkəmə-hüquq islahatları həyata keçirildi, bir sıra yeni institutlar - Konstitusiya Məhkəməsi, Ombudsman, yerli özünüidarəetmə orqanları olan bələdiyyələr yaradıldı və digər vacib addımlar atıldı".

Azərbaycan Respublikası Konstitusiyasına edilən dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlirdi: "Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrında keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmiş, ölkəmizdə demokratikləşmə proseslərinin dərinləşməsi məqsədlərinə xidmət etmişdir".



İsaq Zeynalov
YAP Masallı rayon təşkilatı
Böyük Xocavar ərazi partiya təşkilatının sədri

Şərhlər: 0

Şərh yaz