Azinfo » Siyasət » Qərbi Azərbaycana qayıdış reallaşacaq.

Qərbi Azərbaycana qayıdış reallaşacaq.

Tarix : 27-12-2022   /   Siyasət  


Prezident cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında olarkən həmin bölgədən olan bir qrup ziyalı ilə görüşmüşdür. Görüşdə erməni vandallarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə diqqət çəkən dövlət başçımız Qərbi Azərbaycana qayıtmağın zəruriliyini vurğulayıb. Ölkə başçısı bununla bağlı bütöv bir konsepsiya ortaya qoyub. Qeyd edək ki, Qərbi Azərbay­cana qayıdış, hər şeydən öncə, tarixi ədalətin bərpası baxımın­dan vacibdir. Çünki bu torpaq­lar qədimdən Azərbaycan ərazisinin bir hissəsi olub.

1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələrindən sonra çar Rusiyası dünyanın müxtəlif ölkələrindən minlərlə er­məni ailəsini bu əraziyə köçürüb. Çar Rusiyasının bu addımında məqsəd ermənilər hesabına özünə sosial baza yaratmaq, on­lardan Türkiyə və Azərbaycana qarşı istifadə etmək olub. Nəti­cədə on minlərlə azərbaycanlı doğma ev-eşiyindən didərgin salınıb. Bu baxımdan, azərbaycanlıların öz vətənlərinə – Qərbi Azərbay­cana qayıdışı tarixi ədaləti bərpa etmək baxımından zəruridir. Qərbi Azərbaycana qayıdışı zəruri edən amillərdən biri də insan hüquqları faktoru ilə bağ­lıdır. XIX əsrin birinci yarısından etibarən Qərbi Azərbaycanda­kı soydaşlarımız bu torpaqlara köç edən ermənilər tərəfindən yaşamaq hüququndan məhrum edilib, onların malına və canına qəsd olunub. Dəfələrlə soyqırı­mına və deportasiyalara məruz qalan Qərbi Azərbaycandakı yüz minlərlə soydaşımız insani hüquqlardan məhrum edilib. Bu baxımdan, vaxtilə bu torpaqlar­dan deportasiya edilən insan­ların, onların nəvə-nəticələrinin yenidən öz doğma yurdlarına qa­yıtması insan hüquqlarının təmini baxımından vacibdir İrəvanda azərbaycanlılara məxsus bütün mədəni irsi, dini-tarixi abidələri məhv ediblər. Məscidlər, qala­lar, saraylar, tarixi-mədəni abi­dələr, qəbiristanlıqlar məqsədli şəkildə sıradan çıxarılıb.


Bu gün Azərbaycan xalqının qarşısında duran əsas vəzifələrdən biri hə­min mədəni irsə yenidən həyat vermək, onun bərpasına nail olmaqdır. Bu, tariximizin və mə­dəniyyətimizin yaşadılması və təbliği baxımından da son dərə­cə mühüm əhəmiyyətə malikdir.


Yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışı, eyni zamanda, milli qürur və lə­yaqətimizin müdafiəsi deməkdir. Məlum olduğu kmi, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldakı torpaqla­rı azad etməklə milli qürurunu bərpa etdi. Bütün dünyaya sü­but etdi ki, Azərbaycan xalqı öz haqqını qorumağı bacarır. Bu baxımdan, Qərbi Azərbaycana qayıdışın təmin olunması milli qürurumuzun tam bərqərar ol­ması, xalqımızın öz gücünü bü­tün dünyaya bir daha isbatlama­sı baxımından önəmlidir. Prezident İlham Əliyev xalqımızın Qərbi Azərbaycana qayıtmaq niyyətində qətiyyətli olduğunu, bunun üçün dövləti­mizin insanlara hər cür dəstək göstərəcəyini vurğuladı.


Ölkə başçısı, eyni zamanda, bildir­di ki, Azərbaycan bu prosesi sülh yolu ilə həyata keçirəcək. Bu məqsədə çatmaq üçün bey­nəlxalq hüququn imkanlarından da maksimum istifadə edəcək. Prezidendimizin qətiyyəti, xalqımızın və dövlətimizin əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq, in­sanlarımızın Qərbi Azərbaycana qayıdışı reallaşacaq. Xalqımı­zın üç əsrdir pozulan hüquqları təmin olunacaq, tarixi ədalət öz yerini tutacaq. Bu uğur Vətən müharibəsindəki şanlı qalibiy­yətimizin siyasi-diplomatik, mə­dəni-ideoloji müstəvidəki dava­mı olacaq. Azərbaycan xalqının yenilməz lideri İlham Əliyev cənabları isə 8 Noyabr Zəfəri kimi, bu böyük qalibiyyətin də baş memarı ola­raq tarixdə qalacaq.




Rauf Cəbiyev
YAP Masallı rayon təşkilatı
Böyük Kolatan Ərazi partiya təşkilatının sədri

Şərhlər: 0

Şərh yaz