Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı cari ilin 30 yanvar tarixində Budapeştdə mətbuata verdiyi bəyanatı ilə əlaqadar
1991-ci il müstəqillik qazanandan sonra Azərbaycan iqtisadi sahədə müstəqil siyasət aparmış, öz suveren hüquqlarından istifadə etməyə başlamışdır. İqtisadiyatın digər sahələri kimi enerji təhlükəsizliyi də hər zaman prioritet istiqamətlərdən birinə çevrilmiş və hökümətinin həyatda keçirdiyi siyasət nəticəsində qlobal enerji təhlükəsizliyi sahəsində mühüm layihələrə imza atılmışdır.
Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkələri arasında yer alır və istər iqtisadi istər siyasi arenada öz sözünü qətiyyətlə deyir. Dünyada baş verən enerji böhranı fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən günə artır.Prezident İlham Əliyev Macarıstan səfərində mətbuata verdiyi bəyanatda qeyd edərək bildirmişdir ki, Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var.
Azərbaycan Respubilkasi ilə Avropa öklələri arasında enerji sahəsində iş birliyi kifayət qədər mühüm sahələri əhatə edir. Bu Azərbaycan enerji diplomatiyasının uğurlarından biridir. Azərbaycanın atdığı strateji addımlar sübut etdi ki, Avropanın enerji təhlükəsizliyində ölkəmizin xüsusi rolu vardır. Bu gün uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi ilə Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.
Azərbaycan sadəcə enerji sahəsində deyil iqtisadiyatın digər istiqamətlərində də Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq edir. Dövlət başçısının da qeyd etdiyi kimi dəmir yolları vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb, bu layihənin böyük potensialı var, çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artıb. Təkcə keçən il tranzit yüklərin həcmində 75 faiz artım qeydə alınıb.
Azərbaycan iqtisadiyyatı günü-gündən inkişaf etməkdədir. Prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü və uzaqgörən siyasət nəticəsində bu inkişaf bütün sahələrdə öz əksini tapır. Qarabağın azad edilməsindən sonra yenidənqurma işləri sürətlə davam etdirilir, inrastruktur bərpa edilir. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb və biz, əlbəttə ki, bu bölgələri yenidən canlandıracağıq. Artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.
Ölkə başçısının bundan əvvəl digər Avropa ölkələrinə səfərləri zamanı da strateji əməkdaşlıqla bağlı bir çox müqavilələr bağlanmışdır. Bu da onun göstəricisidir ki, Azərbaycanın inkişafı, siyasi və iqtisadi arenada olan nüfuzu Avropa ölkələrinin də diqqətindən yayınmır və məhz bu səbəbdən Azərbaycan həmin ölkələrin strateji əməkdaşlıq baxımından əsas tərafdaşlarından birinə çevrilməkdədir. Şübhəsiz ki, bunda ölkə başçısı cənab İlham Əliyevin düzgün xarici siyasəti əsas rol oynayır.
Tüklə kənd tam orta məktəbi Uşaq Birliyi Təşkilatı rəhbəri Həbibli Nəzrin Asif qızı

Şərhlər: 0
Şərh yaz