Azinfo » Siyasət » Daxili siyasət » Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüş keçirilib

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüş keçirilib

Tarix : 01-10-2024   /   Siyasət / Daxili siyasət  

Oktyabrın 1-də Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində səfərdə olub. Ali Məhkəmənin sədri İnam Kərimov görüş zamanı Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə toxunaraq, iki ölkə arasında qarşılıqlı əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Məhkəmə-hüquq sahəsində əməkdaşlıq xüsusilə qarşılıqlı səfərlər və təcrübə mübadiləsi vasitəsilə daha da möhkəmlənib. Görüş zamanı ölkəmizdə məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərin peşəkarlığının artırılması və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.

Muhsin Şentürk səmimi qəbul üçün təşəkkürünü bildirərək, ikitərəfli əlaqələrin yüksək qiymətləndirildiyini və bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.

Şərhlər: 0

Şərh yaz