Masallıda "07 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü" münasibəti ilə bağlı seminar keçirilib.

07.10.2024-cü il tarixində Masallı rayonunda yerləşən Gənclər Mərkəzi binasının iclas zalında DİİXİ Hİ-nin Masallı rayon komitəsi tərəfindən "07 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü" münasibəti ilə bağlı seminar keçirilmişdir. Seminarın açılışını DİİXİ Hİ-nin Masallı rayon komitəsinin sədri Camal Hüseynov etmiş və ilk olaraq Azərbaycan torpaqlarının azad olmasında canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sədr öz cıxışında, ilk olaraq, bu tədbirin keçirilməsində əsas məqsədin layiqli və məhsuldar əməyin təşviqi yolunda üzvlərimizin daha geniş maarifləndirilməsi, hər bir kəsin ləyaqətinin qorunması şəraitində əmək fəaliyyətinin layiqli şəkildə icra edilməsi istiqaməti üçün iştirakçılara qanun çərçivəsində təkliflər verilməsi olduğunu hər kəsin diqqətinə çatdırmışdır. Daha sonra rayon həmkarlar ittifaqının tərəfindən seminara dəvət almış Dövlət Əmək Müfəttişliyinin Lənkəran-Astara Regional Şöbəsinin Baş müfəttişi-Baş məsləhətçisi Orxan Rəşidbəyli də çıxış etmişdir. Baş müfəttişin məruzəsindən sonra bir neçə iştirakçı məsləhət və tövsiyyələr almaq məqsədi ilə O.Rəşidbəyliyə suallar ünvanlamış, O.Rəşidbəyli də öz növbəsində sualları tam dolğun, dəqiq və iştirakçılara lazım olan qaydada cavablandırmışdır.
Həmçinin, çıxışlarda BMT-nin insan hüquqları bəyannaməsi və digər sənədlər əsasında layiqli əməyin ümumdünya məqsədinə çevrilməsi ətraflı şəkildə iştirakçıların nəzərinə çatdırılmışdır.
Seminarın sonunda C.Hüseynov iştirakçılara həmkarlar ittifaqı tərəfindən üzvlərinin layiqli əməyinin qiymətləndirilməsini dəstəklədiyini, iş və bacarıqlarına görə fəal üzvlərin bayramlarda və digər xüsusi günlərdə mükafatlandırılmasını xatırlatmış və hər zaman belə davam edəcəyini bildirmişdir.





Şərhlər: 0
Şərh yaz
