Azinfo » Siyasət » Daxili siyasət » İndiyə qədər 263 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb

İndiyə qədər 263 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınıb

Tarix : 18-12-2024   /   Siyasət / Daxili siyasət  

Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanma qaydası müəyyənləşib.

Azinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O bildirib ki, MSK əsas seçki sənədlərinin hazırlanması üçün gərgin fəaliyyətini davam etdirir: “Hazırda bələdiyyə seçkiləri ilə bağlı seçicilərə paylanacaq bildirişlərin sayı seçicilərin sayına uyğun və əlavə olaraq 3 % artıq hazırlanır. Bu seçkidə 6052721 bildiriş hazırlanacaq. Bu bildirişlər seçki keçirilən 118 seçki dairəsi üzrə seçicilərə paylanacaq.

Şərhlər: 0

Şərh yaz