Azinfo » Siyasət » Daxili siyasət » Laçın-Xankəndi yolunda ekofəalların etirazları 34 gündür davam edir

Laçın-Xankəndi yolunda ekofəalların etirazları 34 gündür davam edir

Tarix : 14-01-2023   /   Siyasət / Daxili siyasət  
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Havanın qarlı və temperaturun -11 dərəcə olmasına baxmayaraq, iştirakçılar 34 gündür etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Şərhlər: 0

Şərh yaz