Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə paylaşım edib

Tarix : 07-04-2023   /   Siyasət / Rəsmi xəbər  
Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

“Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyilə COVİD-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.

Şərhlər: 0

Şərh yaz