Azinfo » Siyasət » Rəsmi xəbər » Prezident: "Aİ-nin enerji məsələləri üzrə komissarı Azərbaycanı “ümumavropa qaz təchizatçısı” adlandırıb"

Prezident: "Aİ-nin enerji məsələləri üzrə komissarı Azərbaycanı “ümumavropa qaz təchizatçısı” adlandırıb"

Tarix : 04-05-2023   /   Siyasət / Rəsmi xəbər  
Uzun illər bundan əvvəl “Azərbaycanın nefti yoxdur” “Azərbaycanın qazı yoxdur” deyirlər. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı “ümumAvropa qaz təchizatçısı” adlandırıb. Bu, doğrudur.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında qeyd edib.

Dövlətimizin başçısı deyib: “Bu yaxınlarda mən söylədim ki, biz maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyik. Beləliklə, bu, onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var. Bu kompleksi davam etdirməyə ehtiyacımız var”.

Şərhlər: 0

Şərh yaz