Prezident Azərbaycanın səyləri nəticəsində bölgədə yeni reallıqların yarandığını Blinkenin diqqətinə çatdırıb

Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə telefon danışığında regionda artıq sülhün bərqərar olduğunu bildirib.
Azinfo.az-ın məlumatına görə, İlham Əliyev Azərbaycanın səyləri nəticəsində bölgədə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların və status-kvonun formalaşdığını vurğulayıb.
Eyni zamanda, dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüsçüsünün də məhz Azərbaycan olduğunu qeyd edib. O, bu müqavilənin imzalanması üçün Ermənistanın Konstitusiyası və qanunlarına uyğun olaraq Azərbaycana qarşı ərazi iddialarından imtina etməsinin, habelə keçmişdə mövcud olan ATƏT-in Minsk qrupunun və onunla əlaqəli qurumların fəaliyyətinə son verilməsinin vacibliyini bildirib.
Sərhədlərin delimitasiyası məsələsinə toxunan İlham Əliyev, ikitərəfli proses çərçivəsində müsbət irəliləyişlərin əldə olunduğunu qeyd edərək, bu prosesin Əsasnaməyə uyğun şəkildə davam etdiriləcəyini bildirib.
Şərhlər: 0
Şərh yaz
