Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətinin birliyini və həmrəyliyini bənzərsiz şəkildə nümayiş etdirdi. Bu barədə Prezident İlham Əliyev Qarabağ Universitetində müəllim və tələbələrlə görüşü zamanı danışıb.
Prezident qeyd edib ki, Azərbaycan xalqı birlik və milli ruhunu heç bir təzyiqə boyun əymədən qoruyub saxlayıb. O, vurğulayıb ki, bizdən sonra gələn nəsillər də bu dəyərləri qorumağa davam etməli, milli ruhda tərbiyə almalı, öz mədəniyyətlərinə, ənənələrinə və mənəvi dəyərlərinə bağlı olmalıdırlar. Gənclərin xarici təsirlərə boyun əyməməsi, müxtəlif vədlərə aldanmaması vacibdir.
Prezident Əliyev həmçinin qeyd edib ki, 30 illik işğal dövrü boyu bir çox böyük güclər bu işğalı əbədi etmək istəyirdi, lakin Azərbaycan xalqının birliyi və əzmi buna imkan vermədi.
Şərhlər: 0
Şərh yaz
