COP29 ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin iclası keçirilib
Oktyabrın 1-də Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məqsədilə Təşkilat Komitəsinin yeddinci iclası təşkil edilib. İclasda Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq görülən işlərdən bəhs edib.
Samir Nuriyev, Prezidentin COP29-a hazırlıq prosesini mütəmadi olaraq izlədiyini, sentyabrın 10-da Bakı Olimpiya Stadionunda keçirilən görüşdə müvafiq tapşırıqlar verdiyini vurğuladı. O, Nyu-Yorkda keçirilmiş “Gələcəyin Sammiti”ndə və BMT Baş Assambleyasının 79-cu sessiyasındakı müzakirələrdə COP29-un əhəmiyyətinə toxundu və noyabr ayında dünyanın diqqətinin Azərbaycana yönələcəyini qeyd etdi.
İclasda Bakı İqlim Həftəsinin nəticələrinin davamlı olacağına inam ifadə olundu və oktyabrın 10-11-də keçiriləcək Pre-COP tədbirinin önəmi vurğulandı. Samir Nuriyev, Prezidentin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakını təmin etmək üçün verdiyi tapşırıqların müsbət qarşılandığını bildirib.
Təşkilat Komitəsinin digər üzvləri də iclasda iştirak edərək, COP29-la bağlı görülən işlər, o cümlədən təhlükəsizlik, nəqliyyat və təşkilati məsələlər haqqında məlumat verdilər. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, iqlim maliyyəsi ilə bağlı Maliyyə naziri Samir Şərifov, təhsil məsələləri ilə bağlı Elm və təhsil naziri Emin Əmrullayev və digər müvafiq nazirliklərin nümayəndələri çıxış etdilər.
İclasın sonunda, COP29 Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davam etdirilməsi və digər vacib məsələlər üzrə tapşırıqlar verildi.
Şərhlər: 0
Şərh yaz
