Masallıda şəhid anası Prezident İlham Əliyevə və rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədova təşəkkürünü bildirib.

Masallı rayonunun Yeyənkənd kəndində l Qarabağ müharibəsi şəhidi Ərzuman İsmayılovun anası Gülsüm Xəmmədova, Prezident İlham Əliyevə və Masallı rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədova təşəkkür edib. Şəhid ailəsinin yaşadığı ev qəzalı vəziyyətdə olduğundan, Masallı Rayon İcra Hakimiyyəti Başçısı Araz Əhmədovun təşəbbüsü ilə daxili imkanlar hesabına şəhidin anası üçün yeni, 72 kv.metr sahəsi olan fərdi yaşayış evi inşa edilməyə başlanılıb. Artıq son tamamlama işləri aparılır.
23 oktyabr 2024-cü il tarixində Araz Əhmədov inşaat işləri ilə tanış olub, son tamamlama işlərini qiymətləndirib. Öz tövsiyələrini və tapşırıqlarını verib.
Gülsüm Xəmmədova, onlara göstərilən diqqət və qayğıya görə rəhbərlikə təşəkkür edərək, şəhid ailələrinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb.
Eyni zamanda, Yeyənkənd kənd tam orta məktəbi şəhid İsmayılovun adını daşıyır, Abasbəyli kəndində isə mərkəzi küçələrdən biri onun şərəfinə adlandırılıb.
Qeyd edək ki, Masallı rayonunda son iki il ərzində rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun təşəbbüsü və təşkilatçılığı ilə daxili imkanlar hesabına daha beş şəhid ailələri üçün fərdi yaşayış evi tikilərək, onların istifadəsinə verilmişdir. Masallı rayonu ərazisində səksən şəhid ailələrinin yaşadığı küçələrə 100 min kvadratmetr asfalt örtüyü döşənmişdir. Masallıdan olan şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bütün lazımi addımlar atırlar. Onların qayğıları ilə rayon rəhbəri və aidiyyəti qurumlar mütəmadi olaraq maraqlanır. Üzləşdiyi problemlərin həlli istiqamətində qanunamüvafiq qaydada tədbirlər görülür.
Allah bütün şəhidlərimizə rəhmət etsin!








Şərhlər: 0
Şərh yaz
