Azinfo » Siyasət » Rəsmi xəbər » Səudiyyə Ərəbistanının vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Səudiyyə Ərəbistanının vəliəhdi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Tarix : 21-05-2022   /   Siyasət / Rəsmi xəbər  
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirik”.

Şərhlər: 0

Şərh yaz