İordaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Prezident İlham Əliyevə təbrik ünvanlayıb.Təbrik məktubunda deyilir:
"Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzu edirəm".
Şərhlər: 0
Şərh yaz
