Bəhreyn Kralı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Məktubda deyilir:
“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.
Dost ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza davamlı tərəqqi və firavanlıq diləyirəm”.
Şərhlər: 0
Şərh yaz
