Azinfo » Siyasət » Xarici siyasət » TürkPA-nın növbəti sessiyası gələn il Azərbaycanda keçiriləcək

TürkPA-nın növbəti sessiyası gələn il Azərbaycanda keçiriləcək

Tarix : 02-05-2023   /   Siyasət / Xarici siyasət  
“Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA) Ankarada keçirilən sessiyasında Ermənistanın mina terrorunu davam etdirdiyini, etnik zəmində qarşıdurmanı təşviq etdiyini, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə təxribatlar törətdiyini nəzərə çatdırdım”.

Bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bugünkü iclasında bildirib.

Sahibə Qafarova deyib ki, çıxışında təxribatların qarşısının alınması üçün Laçın yolunda sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurduğunu bildirib.

Spiker iclasda TürkPA-nın növbəti sessiyasının gələn ilin may-iyun aylarında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildiyini də bildirib.

Şərhlər: 0

Şərh yaz