Azinfo » Siyasət » Xarici siyasət » Nazirlik: Dini radikalizmə, pozucu çağırışlara qarşı sistemli şəkildə mübarizə tədbirləri həyata keçirilir

Nazirlik: Dini radikalizmə, pozucu çağırışlara qarşı sistemli şəkildə mübarizə tədbirləri həyata keçirilir

Tarix : 24-09-2024   /   Siyasət / Xarici siyasət  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov, Şuşada keçirilən “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” adlı seminarda çıxış edərək, ölkədə dini radikalizmə qarşı mübarizənin əhəmiyyəti və bu sahədə görülən tədbirlər barədə məlumat verib. Hüseynovun sözlərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən əlaqədar qurumlarla birlikdə həyata keçirilən tədbirlər nəticəsində respublikada dini sahədə sabitlik təmin edilib. Lakin bu sahədə bəzi qanun pozuntularına hələ də rast gəlinir.

O qeyd edib ki, ölkədə sabitliyi və əmin-amanlığı pozmağa yönəlmiş dini radikalizmə qarşı sistemli mübarizə tədbirləri davam edir. Bu istiqamətdə müvafiq qanunlara, Cinayət və İnzibati Xətalar məcəllələrinə edilən əlavə və dəyişikliklər dini ekstremizm və radikalizmlə mübarizənin gücləndirilməsinə xidmət edir. Hüseynov vurğulayıb ki, radikalizmin əsas məqsədi başqalarının hüquqlarını pozaraq öz niyyətinə çatmaqdır və polisin fəaliyyəti də bu qanunsuz məqsədlərin qarşısını almağa yönəlib. Dini etiqad azadlığına dair qanunvericiliyi pozan şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb olunur.

Şərhlər: 0

Şərh yaz