Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirili

3 oktyabr 2024-cü il tarixində Bakıda "Afrikada Fransanın neokolonializm siyasəti" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutub və Afrikanın müxtəlif ölkələrindən – Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger və Mayot adasının nümayəndələri iştirak ediblər. Həmçinin, Fransadan da bir neçə nümayəndə konfransda yer alıb.
Tədbirin əsas qonaqlarından biri tanınmış aktivist Kemi Seba olub. Seba, Fransanın Afrikadakı neo-kolonial siyasətinin ən kəskin tənqidçilərindən biri olaraq tanınır. O, Afrikanın müstəqillik və suverenlik uğrunda mübarizəsində simvolik bir lider hesab olunur. 1981-ci ildə Fransada doğulmuş Kemi Seba, Fransa müstəmləkəçiliyinin Afrika ölkələrinə və hələ də Fransanın təsiri altında olan dənizaşırı ərazilərə vurduğu zərərləri açıq şəkildə tənqid etdiyi üçün Fransanın "qara siyahısı"na düşüb. Seba bir neçə dəfə Fransada həbs olunsa da, Fransa onu susdura bilməyib və nəticədə onu vətəndaşlıqdan məhrum edərək sürgün etməyə çalışıb. Bununla belə, bir sıra Afrika ölkəsi Sebaya diplomatik immunitet verərək onu dəstəkləyib.
Kemi Seba hazırda "URGENCES PANAFRICANISTES" qeyri-hökumət təşkilatının rəhbəridir və Niger dövlət başçısının Xüsusi müşaviri kimi fəaliyyət göstərir. O, sosial şəbəkələrdə geniş izləyici kütləsinə malikdir və onun çıxışları böyük təsirə malikdir. Bakıda keçirilən konfransda Seba Stend-Ap formatında çıxış edərək Fransanın neo-kolonial siyasətini kəskin tənqid edib.
Konfrans, Afrikada Fransanın təsirlərinə qarşı mübarizəni beynəlxalq səviyyədə müzakirə etmək və bu siyasətlərə qarşı birgə mübarizə yollarını müəyyən etmək məqsədini daşıyır.
Şərhlər: 0
Şərh yaz
