Azinfo » Siyasət » Xarici siyasət » Milli Məclis və Albaniya Parlamentinin sədrlərinin görüşü olub

Milli Məclis və Albaniya Parlamentinin sədrlərinin görüşü olub

Tarix : 15-10-2024   /   Siyasət / Xarici siyasət  

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Albaniya Respublikası Parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.

Görüş zamanı iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətləri xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Albaniya arasında iqtisadi, ticari, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Hər iki tərəf bu sahələrdə əməkdaşlığın genişləndirilməsində parlamentlərin rolunun vacibliyini qeyd edərək, bu istiqamətdə səylərin davam etdiriləcəyini bildiriblər.
Görüş çərçivəsində Azərbaycan və Albaniya parlamentlərinin müxtəlif beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub. Parlamentlərarası komitələr və dostluq qrupları arasındakı əlaqələrin genişləndirilməsinin qanunverici orqanlar arasındakı əməkdaşlığa əlavə töhfə verəcəyi vurğulanıb.

Həmçinin, bu ilin noyabr ayında Bakıda keçiriləcək COP-29 çərçivəsində Parlament Konfransı ilə bağlı məlumat verilib və iqlim dəyişikliyi ilə mübarizədə qanunverici orqanların çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti ön plana çəkilib. Bu, gələcəkdə ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm bir platforma kimi dəyərləndirilib.

Şərhlər: 0

Şərh yaz