Lavrovun müavini Polad Bülbüloğlu ilə üçtərəfli bəyanatların icrasını müzakirə edib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.
Görüşdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri, ilk növbədə, bu il fevralın 22-də Rusiya və Azərbaycan arasında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində müzakirə edilib.
Görüşdə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların praktiki icrası ilə bağlı regional məsələlərin bir sıra aspektlərinə də toxunulub.
Şərhlər: 0
Şərh yaz
