Azinfo » Siyasət » Xarici siyasət » Baş nazir: “Kommunikasiyaların bərpasında irəliləyiş müşahidə olunmur”

Baş nazir: “Kommunikasiyaların bərpasında irəliləyiş müşahidə olunmur”

Tarix : 20-05-2022   /   Siyasət / Xarici siyasət  
“Azərbaycan Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsini gözləyir”.

Bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının video-konfrans rejimində keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, üçtərəfli işçi qrup çərçivəsində davam edən görüşlərə baxmayaraq, Üçtərəfli Bəyanatın 9-cu bəndinə müvafiq olaraq regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında irəliləyiş müşahidə olunmur.

Şərhlər: 0

Şərh yaz