Azinfo » Siyasət » Xarici siyasət » 28 May – Müstəqillik Günü Londonda qeyd edilib

28 May – Müstəqillik Günü Londonda qeyd edilib

Tarix : 26-05-2022   /   Siyasət / Xarici siyasət  
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil edib.

“Lancaster House”da keçirilən tədbirdə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniya Lordlar Palatasının üzvü Lord David Evans, Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.

Şərhlər: 0

Şərh yaz