Azərbaycan səfiri Britaniyanın dövlət naziri ilə görüşüb

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Avropa və Şimali Amerika regionları üzrə dövlət naziri, Xarici İşlər nazirinin müavini Ceyms Kleverli ilə görüşüb.
London bürosu xəbər verir ki, nazir Azərbaycan və Britaniya arasında diplomatik münasibətlərin 30 illik yubileyi münasibətilə səfir Elin Süleymanovla görüşməkdən məmnun olduğunu bildirib.
Onlar Ukraynadakı vəziyyəti, Azərbaycan və Britaniya arasında münasibətlərin inkişafını və Qarabağı müzakirə ediblər.
Şərhlər: 0
Şərh yaz
