Azinfo » Siyasət » Xarici siyasət » Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb

Hikmət Hacıyev Norveç səfiri ilə görüşüb

Tarix : 03-06-2022   /   Siyasət / Xarici siyasət  
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Norveçin Azərbaycandakı qeyri-rezident səfiri Erlinq Skyonsberqlə görüşüb.

Norveçli diplomat bu barədə "Twitter"də bildirib.

“Fikir mübadiləsinə görə Hikmət Hacıyevə minnətdaram. Norveç sülhün olduğu, firavan Cənubi Qafqazı dəstəkləyir”, - o qeyd edib.
Qeyd edək ki, Norveçin Azərbaycandakı səfirliyi qeyri-rezident əsasda fəaliyyət göstərir.

Şərhlər: 0

Şərh yaz