Azinfo » Siyasət » Xarici siyasət » Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib

Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib

Tarix : 28-10-2022   /   Siyasət / Xarici siyasət  
Oktyabrın 27-də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin təşkilatın gələcək fəaliyyət planı müzakirə olunmuş və digər təşkilati məsələlər nəzərdən keçirilmişdir. Azərbaycan parlamentinin spikeri müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

Şərhlər: 0

Şərh yaz