Azərbaycanın Kubadakı səfiri etimadnamələrin surətini XİN rəhbərinin müavininə təqdim edib
Bu barədə Azərbaycan Respublikasının Kuba Respublikasındakı Səfirliyi məlumat yayıb.
Görüş zamanı nazir müavini Kuba hökumətinin Azərbaycanın bu ölkədə səfirlik təsis etməklə bağlı qərarını yüksək qiymətləndirdiyini qeyd edərək səfiri yeni təyinatı
münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə həmçinin Azərbaycan və Kuba arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı iqtisadi, tibb, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Şərhlər: 0
Şərh yaz
