Azinfo » Xəbər » Hadisə » FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər keçirib

FHN yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər keçirib

Tarix : 04-04-2022   /   Xəbər / Hadisə  

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas istiqamətlərdən biri olan əhalinin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi üzrə zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-in saytında verdiyi xəbərə görə, bu çərçivədə, Xidmət tərəfindən Yasamal 3 saylı “Asan xidmət” mərkəzində, Nəsimi rayonunda yerləşən ATU-nin Tədris-Terapevtik Klinikasında, Neftçala rayon Heydər Əliyev Mərkəzində, “CPC” MMC-nin Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı Müəssisəsində, Zaqatala Mədəniyyət Mərkəzində, “Azpetrol Ltd” MMC-nin Göyçay şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində, Şamaxı “Bazarstore” mağazasında və Tovuz Olimpiya İdman Kompleksində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb. Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

Şərhlər: 0

Şərh yaz