Azinfo » Xəbər » Hadisə » Bakıda ana və oğlunu avtomobil vurub

Bakıda ana və oğlunu avtomobil vurub

Tarix : 05-04-2022   /   Xəbər / Hadisə  

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarər alıb.

Hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən 1991-ci il təvəllüdlü Məhəmmədova Şəlalə Xəqani qızı və onun oğlu 2017-ci il təvəllüdlü Məhəmmədli Səidi avtomobil vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz