Azinfo » Xəbər » Hadisə » Bakıda yaşlı qadını avtomobil vurub

Bakıda yaşlı qadını avtomobil vurub

Tarix : 08-04-2022   /   Xəbər / Hadisə  

Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1953-cü il təvəllüdlü Vəliyeva Altun Murad qızı yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır bədən xəsarətləri alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz