Azinfo » Xəbər » Hadisə » Paytaxtda kişini avtomobil vurub

Paytaxtda kişini avtomobil vurub

Tarix : 02-04-2022   /   Xəbər / Hadisə  

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Azinfo.az xəbər verir ki, qəza Mehdi Abbasov küçəsində baş verib.

1963-cü il təvəllüdlü Aslanov Azər İsgəndər oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

A.Aslanov qapalı kəllə-beyin travması və sol dizin sınığı diaqnozu ilə xəstəxanın müştərək travma şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz