Azinfo » Xəbər » Hadisə » Bakıda avtomobil qadını vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil qadını vuraraq ağır xəsarət yetirib

Tarix : 08-04-2022   /   Xəbər / Hadisə  

Bakının Nərimanov rayonunda qəza zamanı bir nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi Ağa Nemətulla küçəsində baş verib.

1964-cü il təvəllüdlü Abbasova Hökümə Şahverən qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu maşın vurub.

Qadın ağır kəllə-beyin travması, ayaq, sol qolun sınıqları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz