Azinfo » Xəbər » Hadisə » Penitensiar xidmətlə DİN birgə əməliyyat keçirib, yarım kq heroin aşkarlanıb

Penitensiar xidmətlə DİN birgə əməliyyat keçirib, yarım kq heroin aşkarlanıb

Tarix : 05-04-2022   /   Xəbər / Hadisə  

Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməliyyat keçirib.

Penitensiar Xidmətdən  verilən xəbərə görə, xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin əməkdaşları ilə əvvəlcədən əldə olunmuş əməliyyat məlumatına əsasən birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 04.04.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Qobu park yaşayış kompleksində yerləşən tikiliyə baxış keçirilən zaman orada olan gül qabının içərisində gizlədilmiş ümumi çəkisi 500 qram narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz