Azinfo » Xəbər » Hadisə » Abşeronda iki maşın toqquşub, ölən var

Abşeronda iki maşın toqquşub, ölən var

Tarix : 08-04-2022   /   Xəbər / Hadisə  

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN)  verilən xəbərə görə, aprelin 8-də saat 1 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində R.Şıxalıyevin idarə etdiyi “Opel” və V.Alcanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Şıxalıyevin sərnişini Qahir Tarverdiyev xəstəxanaya aparılarkən ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz