Azinfo » Xəbər » Hadisə » Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Tarix : 25-04-2022   /   Xəbər / Hadisə  

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən xəbərə görə, aprelin 23-də saat 7 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində Bakı şəhər sakini O.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Adil Hüseynovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz