Azinfo » Xəbər » Hadisə » Naxçıvanda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var

Naxçıvanda mikroavtobus aşıb, ölən və xəsarət alanlar var

Tarix : 08-04-2022   /   Xəbər / Hadisə  
Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən xəbərə görə, Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R. Abdullayev idarə etdiyi “Hyundai” markalı mikroavtobusu aşırıb.

Qəza nəticəsində sərnişin Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz