Qəbələdə avtomobil aşıb, ölən var
Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, mayın 10-da saat 13 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində rayon sakini B. Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan anası Məhluqə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
