Azinfo » Xəbər » Hadisə » FHN: Ötən gün 26 yanğına çıxış olub

FHN: Ötən gün 26 yanğına çıxış olub

Tarix : 09-04-2022   /   Xəbər / Hadisə  

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in saytının verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər, o cümlədən Bakı şəhərinin Xəzər rayonu ərazisində özünü dənizə ataraq intihara cəhd edən 1 nəfər xilas olunub, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, Bakı şəhərinin Nərimanov və Suraxanı rayonlarında 2 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Şərhlər: 0

Şərh yaz