Azinfo » Xəbər » Hadisə » FHN: Ötən sutka 44 yanğına çıxış olub

FHN: Ötən sutka 44 yanğına çıxış olub

Tarix : 28-03-2022   /   Xəbər / Hadisə  

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 44 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas olunub. Həmçinin, Bakı şəhərinin Səbail rayonunda yerləşən Dənizkənarı Milli Parkın ərazisində dənizdə aşkar edilən 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Şərhlər: 0

Şərh yaz