Azinfo » Xəbər » Hadisə » Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakıda sərnişin avtobusu piyadanı vurub

Tarix : 10-04-2022   /   Xəbər / Hadisə  

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hadisə İvan Anaşkin küçəsində qeydə alınıb.

Yolu keçən 1988-ci il təvəllüdlü Baxışov Əli Elqam oğlunu “Daewoo” markalı sərnişin avtobusu vurub.
Yaralı xəstəxanaya çatdırılıb.

Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Şərhlər: 0

Şərh yaz