Xaçmazda 4 otaqlı evdə yanğın olub

Xaçmaz rayonunun Şollar kəndində evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər: 0
Şərh yaz
