Ağcabədidə avtomat satan paytaxt sakinləri tutulub

Ağcabədi Rayon Polis Şöbəsi silah satışı ilə əlaqədər əməliyyat tədbiri keçirib.
Azinfo.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin verdiyi xəbərə istinadən bildirir ki, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Əhədov və tanışı, əvvəllər məhkum olunmuş R.Əliyev 1 ədəd “AK-74” markalı avtomat silahı, 1 ədəd patron darağı və 28 ədəd patronu satarkən saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb.
Şərhlər: 0
Şərh yaz
