Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb

Aprelin 21-də saat 11 radələrində Ağdaş şəhəri ərazisində Bulaqotağı kənd sakini Y.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən rayon sakini Həqiqət Kərimovanı vurub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Ağdaş RPŞ-də araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
