Balakən rayonunda ev yanıb

Balakən rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Yeni Şərif kəndində ümumi sahəsi 132 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər: 0
Şərh yaz
