Bakıda iki avtomobil toqquşub
Bakının Nizami rayonunda yol qəzası baş verib.
Hadisə Qara Qarayev prospektində qeydə alınıb.
“Wrangler” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanıb. Bu zaman “Opel” markalı maşın yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan zaman “Wrangler” markalı maşına çırpılıb. Qəza nəticəsində “Opel” deformasiyaya uğrayıb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
