Azinfo » Xəbər » Hadisə » Bakı-Sumqayıt şosesində yol qəzası baş verib

Bakı-Sumqayıt şosesində yol qəzası baş verib

Tarix : 07-04-2022   /   Xəbər / Hadisə  

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Bakı-Sumqayıt şosesinin paytaxt istiqamətində olan hissəsində baş verib.

“Opel” markalı nəqliyyat vasitəsi yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan “Vaz-2106” markalı maşına çırpılıb. Zərbənin gücündən “VAZ-2106” deformasiyaya uğrayıb. Qəza nəticəsində “Opel”in sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Şərhlər: 0

Şərh yaz